Din tarixi
Dinlər tarixi — tarix boyunca mövcud olmuş, bu günümüzə qədər gələn və gəlib çatmayan bütün dinlərin yaranışı, inkişafı, inanc, ibadət və əxlaqi dəyərləri öyrənən elm sahəsidir.
Dinlərin yaranması məsələsi ilə ilk növbədə XIX əsrin ortalarında müstəqil elm sahəsinə çevrilməyə başlayan dinşünaslıq məşğul olur. Bununla belə, din məsələsinə maraq bəşəriyyətin bütün tarixi boyunca mövcud olub. Hələ qədim zamanlarda insanlar tanrılara inamı (politeizmi) dərk etməyə çalışırdılar. Məsələn, yunan şairi Hesiod (e.ə. VIII–VII əsrlər) "Teoqoniya" ("Tanrıların mənşəyi haqqında") əsərində yunan mifologiyasının ilk sistemli təsvirini verməyə çalışmış və burada da o, tanrıların mənşəyi haqqında öz fikirlərini ifadə etmişdir. Bununla belə, onun mifologiyasını mənimsəyən II minillikdə Mesopotamiyada, Finikiyada, Kiçik Asiyanın cənub-şərqində, Suriyanın və Mesopotamiyanın şimalında yaşamış hetlər və XIV əsrdə fəth edilmiş hurrilər arasında meydana çıxan bu əsərə bənzər parçalar və ya təkrarlar var".
Əvvəlcə insanlar dinin meydana gəlməsini müxtəlif yollarla izah etməyə çalışırdılar: o, təbii mənşəlidir, yoxsa vəhy dinidir; yaxud sosial mənşəlidirmi? Məsələn, hökmdarlar tərəfindən icad edilmişdir ki, öz dövlətlərində insanlar ədalətli və fəzilətli olsunlar (Miletli Hekatey). Sofist filosoflar dini ictimai hadisə baxımından şərh edirdilər, məsələn, Afinanın tiran hökmdarı Kritius insanları qorxu içində saxlamaq üçün aldatma nəzəriyyəsi irəli sürmüşdür.